Xəzan ömürlü payız

A- A A+

Bu yay çox isti keçdi.  O isti günlərin nə vaxtsa sərin hava ilə əvəzlənəcəyini arzulaya-arzulaya gəlib yetişdik qızıl payıza. Ötüb keçən illərin sonradan bizə boylanan şirin xatirələrini xatırladır yarpaq tökümü.

Payız gəlişindən xəbər verən  yağan yağışlar torpağın su yanğısını söndürüb sanki. Yamyaşıl  meşələrin gözlərimiz qarşısında saralıb-solması duyğulandırsa da, "bütün fəsillər gözəldir" məntiqi bizi ovundurur və gələn yazın daha gözəl olacağına inandırır. Ömür çox qəribədir. Ötüb keçən günlərin, ayların, illərin axarına düşüb gedən talelər həyat kitabını yaza-yaza ömrün axırına yetişir. Uğurların sənin qazancın, itirdiklərin isə həyata keçməyən arzuların olur.

Yenə yağış yağır. Yenə  payız gəldi. Buludların yağış sırğası torpaq olmaq istəyən yarpaqların köksünü islatdı. Bu yağış küçələrdən yayın izini-tozunu yuyacaq. Rəqs eyləyən damcıların ahənginə baxdıqca ötən günlər gəlib keçir gözlərin qarşısından:

Əzizim, ildi keçdi,
Dərdini bildi keçdi.
Yağdı yağış çəmənə,
İzini sildi, keçdi.

“Arazın  səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: