Bu il Şərur rayonunun taxılçıları 13 min 447 ton məhsul istehsal edib. Hər hektardan əldə edilən məhsuldarlıq 33,8 sentnerə çatdırılıb. Torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün payızlıq taxıl əkinlərinə də əvvəlcədən hərtərəfli hazırlıq işləri görüb, məhsuldar toxumlar tədarük ediblər.
Hazırda torpaq mülkiyyətçiləri payızlıq taxıl əkini keçirirlər. Qısa müddətdə 4 min hektardan artıq sahədə şum qaldırılıb, şumlanan sahələrin 1.513 hektarına toxum səpilib. Əkilən sahələrin 1407 hektarı buğda, 106 hektarı isə arpadır. Mütərəqqi metod olan şırım üsulu ilə əkinə üstünlük verilir.
Torpaq mülkiyyətçiləri payızlıq taxıl əkinini optimal müddətdə və vaxtında həyata keçirməyə çalışırlar.
Əkində «Naxçıvan Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətirilən texnikalardan səmərəli istifadə olunur.
“Şərurun səsi” qəzeti