Bağçalarda tədbir 

A- A A+

Naxçıvan şəhərindəki 5, 11 və 12 nömrəli uşaq bağçalarında 17 Noyabr  Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bayram tədbirləri keçirilib.

Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib, Dövlət Himni səsləndirilib. 

Uşaqlar vətən və bayraq haqqında şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.  Təqdim olunan “Bayraq” rəqsi və “Lentlərlə rəqs” daha maraqlı və yaddaqalan olub.

Keçirilən tədbirlərdə uşaqların səhnə bacarıqları da nümayiş olunub. Onlar vətənpərvərlik, yurd sevgisi aşılayan səhnəciklərlə çıxış ediblər. 

                                                                                       Ayxan Hüseynli
                                                                                       “Nuh yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: