Bu şəhərin sakitliyi 

A- A A+

Naxçıvan-yerlə göyün daha yaxın olduğu məkan... Burda göylər yerə aşiqdir sanki. Hər gün yeri sığallayaraq ona nəğmələr söyləyir ucalıq. Bəzən yuyur torpağı, ona həyat verir, bəzən isidir. Dəyişməyən isə gündüz günəş, gecə ay qoruyur bu yurdu. Qayğısına qalır. Sevgi deyilmi bu?! 
                                          
Bir də bu yurdu daha ucalardan seyr etmək lazımdı. Bu məkanda  fərq etməz. Evin pəncərəsindən baxan da, uca zirvəyə qalxan da eyni mənzərəni-təbiəti görür. Təbiət insana yalnız rahatlıq bəxş edir. Gözlərimizin gördüyü ən gözəl mənzərədir-Naxçıvan
                                                
Təbiət bu yerlərə zərrə qədər zərər verməyib. Yalnız öz nurundan-bərəkətindən paylayıb müqəddəs torpağa. Ətrafa can verən günəşin səhərlər uca dağların arxasından boy göstərməsi  ayrı bir mənzərə, qürub etməsi tam başqa bir gözəllikdir. Gecələr yerdə parlayan ulduzlar isə tam fərqli bir möhtəşəmlik qatır məmləkətimə.
                                              
Aşiq olduğum  bu yurdun gecəsi də, gündüzü də fərqlidir. Saatından asılı olmayaraq sərbəst, rahat, təhlükəsiz şəkildə dolaşmaq isə Naxçıvanın adamı heyran edən ən fərqli cəhətidir!

Xanım Rüstəmzadə
Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: