Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

A- A A+

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, oktyabr ayında su istifadəçilərinə 13 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma daxil olmaqla 10 min 908 hektar torpaq sahəsi suvarılıb, 7 kilometr beton və torpaq kanal, 20 kilometr ara arxlar, 4 kilometr kollektor lildən təmizlənmiş, 3 kilometr yeni suvarma xətti çəkilib.

Şahbuz rayonunun Türkeş kəndi ərazisindəki 300 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsində, Külüs kəndi ərazisindəki nasos stansiyasında, Şərur və Ordubad rayonlarındakı sutəmizləyici qurğularda tikinti işləri davam etdirilib.

Ötən ay suvarma və içməli su mənbəyi kimi istifadə olunan kəhriz və subartezian quyularının təmir-bərpası da diqqətdə saxlanılıb, 5 kəhrizdə bərpa işləri, 70 subartezian quyusunda təmir işləri aparılıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: