Müəllim və texniki işçi heyətinin iştirakı ilə maarifləndirici tədbir 

A- A A+

NUHÇIXAN xəbər verir ki, mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əməkdaşları və Heydər Əliyev adına tam orta məktəbin müəllim, texniki işçi heyətinin iştirakı ilə baş tutub. Fövqəlаdə Hаllаr Nаzirliyinin şöbə rəisi polkovnik Emin Qasımov, əməkdaşlar Əbülfəz Qafarov və Azadə Cəfərova çıxış edərək ümumtəhsil məktəblərində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblərdən danışıblar. Onlar məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları və digər məsələlər barədə müəllim, texniki işçi kollektivinə məlumat veriblər.

Sonda tədbir iştirakçılarına mövzulara aid slaydlar, videolar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: