Naxçıvanda sosial qayğıya ehtiyacı olan 379 uşağa qış geyimləri verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimləri hədiyyə edilib. Bu münasibətlə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında tədbirlər təşkil olunub.

Təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək vurğulayıblar ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür.

Diqqətə çatdırılıb ki, Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir. Çıxış edənlər bu kateqoriyadan olan uşaqlara göstərdiyi dövlət qayğısına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə sosial qayğıya ehtiyacı olan uşaqların valideynləri adından çıxış edən Nahidə Əliyeva göstərilən dövlət qayğısından danışıb,  minnətdarlıq edib. Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailələrin övladlarına isti qış geyimləri hədiyyə olunub.

Qeyd edək ki, bu gün muxtar respublikanın rayonlarında da tədbirlər təşkil olunub. Ümumilikdə keçirilən tədbirlərdə hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 53, sağlamlıq imkanları məhdud 284, aztəminatlı ailələrin övladlarından isə 42 olmaqla, ümumilikdə, 379 uşağa isti qış geyimi hədiyyə olunub. Tədbirə gələ bilməyən uşaqlara isə qış geyimləri evlərində verilib.                                            

Xatırladaq ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə təmin ediliblər.

                                                                                           Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: