Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı, şəhid ailələrindən olan 21 uşağın ekskursiyası təşkil olunub.

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, ekskursiya çərçivəsində uşaqlar Heydər Əliyev Muzeyi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Nəbatət bağı, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: