Ali təhsil ocağında elmi-nəzəri seminar

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Fizikanın aktual problemlərinə həsr olunmuş elmi-nəzəri seminar keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Saleh Məhərrəmov elmi-nəzəri seminarların əhəmiyyətini qeyd edib. Rektor bu cür seminarların keçirilməsinin aktuallığı barədə məlumat verərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 3 aprel 2019-cu il tarixində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamını xatırladıb.

AMEA Naxçıvan bölməsinin Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev vurğulayıb ki, Sərəncamdan irəli gələn əsas vəzifələrdən biri Naxçıvan Muxtar Respublika ərazisindəki ali məktəb tələbələri ilə birlikdə müxtəlif elmi-kütləvi tədbirlərin təşkil edilməsi, hamiliyə götürülmüş tələbələrin elmə maraqlarının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsidir. Həm fizikanın həm də astronomiyanın ən maraqlı və aktual mövzuları haqqında slayddan istifadə etməklə seminar iştirakçılarına ətraflı məlumat verilib.

Sonra Fizika üzrə fəlsəfə doktoru, dosent Fərman Qocayev “Aşağı temperatur fizikasının nailiyyətləri. İfratkeçiricilik və onun praktik tətbiqləri” , Fizika üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənovun “Məntiqi təfəkkürün fizika məsələlərinin həllində rolu” adlı mövzularda çıxışlar ediblər.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: