“Ədliyyə könüllüləri” iş prosesində iştirak ediblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbələri “Ədliyyə könüllüləri” layihəsi çərçivəsində Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində, Naxçıvan şəhər 3 saylı notariat ofisi və Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində olublar.

Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsində olan tələbələr qurumun iş fəaliyyəti ilə yaxından tanış olaraq icra işlərinin aparılmasında iştirak ediblər. İcra sahəsində aparılan kargüzarlıq işi, icra məmurlarının qəbul etdiyi qərarlar, tərəflərin icra işi üzrə məsuliyyəti barədə tələbələrə geniş məlumat verilib.

Sonra Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində olan tələbələrə şöbənin iş prinsipi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Sonda Naxçıvan şəhər 3 saylı notariat ofisində olan tələbələrə notariat hərəkətləri, notariat hərəkətləri aparılmasının əsas qaydaları, notariat hərəkətləri aparılan zaman dövlət rüsumunun ödənilməsi qaydaları və notariat hərəkətlərinə dair qanunvericiliyin əsas müddəaları haqqında məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: