AMEA Naxçıvan Bölməsində Tarix ixtisasının II kurs tələbələri ilə açıq dərs - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının II kurs tələbələrinə açıq dərs keçirilib.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli çıxış etdikdən sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri Toğrul Xəlilov “Naxçıvan abidələrində yaşayan qədim tariximiz” mövzusunda çıxış edib.
Dərs zamanı Naxçıvan Muxtar Respublikası ərazisində yerli və xarici tədqiqatçıların iştirakı ilə aparılan arxeoloji ekspedisiyalar nəticəsində tarix elminə gətirilmiş yeni elmi faktlar tələbələrin diqqətinə çatdırılıb. Toğrul Xəlilov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” və 6 dekabr 2005-ci il tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamlarını xüsusi vurğulayaraq bu sahəyə göstərilən dövlət qayğısından bəhs edib.
Sonda muzeyin ekspozisiyasına baxış olub və tələbələri maraqlandıran suallar cavablandırılıb.