“Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.  

Tədbirdə xəstəxananın baş həkimi Asiman Yusifov hər il noyabr ayında keçirilən Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, tədbirin məqsədi qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək, əhali və tibb işçiləri ilə ən yaxşı təcrübələri bölüşərək antibiotiklərə qarşı davamlılığın qarşısını almaqdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev uşaqlara göstərilən dövlət qayğısından danışıb. 

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq sektorunun baş məsləhətçisi Çinarə Məmmədova “Hamiləlik dövründə antibiotiklərdən istifadə qaydaları”, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim pediatrı İlkay Əliyeva “Pediatriyada antibiotiklərin düzgün işlədilməsi”, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Elsevər Ağəliyev “Antibiotiklərə rezistendlik necə yaranır” mövzularında məruzələr ediblər. Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: