Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib

A- A A+

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən mütərəqqi islahatların mediada dolğun və obyektiv şəkildə işıqlandırılması, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə birgə müsabiqə elan edir.

KİVDF-dən NUHÇIXAN-a verilən məlumata görə, “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda keçirilən müsabiqənin məqsədi Azərbaycanda son illər həyata keçirilən əsaslı iqtisadi islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi, gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Müsabiqədə kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazının və ya yayımlanan süjetin sərlövhəsi təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı və ya süjet təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. İnformasiya agentliklərində, sayt və portallarda çalışan jurnalistlər yazılarını həmin saytlarda yerləşdirməli və linki məqalənin yazıldığı diskdə təqdim etməlidirlər. Telejurnalistlərin hazırladıqları süjetlər çalışdıqları media qurumunda yayımlanmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməli, eyni zamanda, saytlarda yerləşdirilməli, süjetlər isə qanunvericiliyə uyğun olaraq rəsmi qeydiyyatdan keçmiş televiziyanın efirində yayımlanmalıdır. Dərc olunmuş yazıda və ya yayımlanan süjetdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: