Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası ümummilli liderimiz tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Bildirilib ki, ali təhsil ocağında fəaliyyət göstərən partiya təşkilatı YAP Naxçıvan Şəhər Təşkilatının ən böyük ərazi ilk təşkilatı olmaqla, öz sıralarında 2303 nəfər partiya üzvünü birləşdirir. Ölkəmizdə gəncliyə göstərilən yüksək dövlət qayğısının ifadəsidir ki, ərazi partiya təşkilatının 91 faizini gənclər təşkil edir.

Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə Azərbaycan gənclərinin müasir tələblərə cavab verən, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşması üçün çalışıb.

Tələbələrə partiya üzvlüyünə qəbul edilmə vəsiqələri təqdim olunduqdan sonra YAP-nın 27  illik fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Tələbələrin ifasında bədii qiraət dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: