YAP-ın yaradılmasının 27-ci ildönümü ağacəkmə aksiyası ilə qeyd edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiyada gənclər və polis əməkdaşları iştirak ediblər. Belə ki, 100-ə yaxın fəal gənc tərəfindən “Gənclər bağı”nda ərik, tut, iydə və digər meyvə ağaclarının tingləri əkilib.
Rayon polis şöbəsinin əməkdaşları və polis veteranları isə Xok kəndi ərazisində sahələrə 200 ədəd badam tingi əkiblər.
Məhəmməd Fərəcov