Yanvar-sentyabr ayları ərzində Azərbaycanda 104 min 702 körpə doğulub

A- A A+

Cari ilin yanvar-sentyabr ayları ərzində 104 min 702 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıb.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

Məlumatda qeyd edilib ki, doqquz ay ərzində ölkədə 42 min 17 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: