"Qızıl payız" tələbə rəssamların fırçasında - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin kampusunda "Qızıl payız" adı altında açıq səma altında rəsm müsabiqəsi təşkil edilib. Ali təhsil ocağında ilk dəfə keçirilən tədbirdə I kurs tələbələrinin iştirakı üstünlük təşkil edib. Müsabiqəni İncəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisası tələbələri birgə keçiriblər. 18 tələbənin qatıldığı yaradıcılıq müsabiqəsinə Əməkdar rəssam Həbibə Allahverdiyeva rəhbərlik edib. Tələbə-rəssamlar daha çox payız lövhələri çəkiblər.

Çəkilən rəsmlər və əl işlərinin universitetdə sərgisi təşkil olunacaq və maraqlı yaradıcılıq nümunələri universitet rəhbərliyi tərəfindən təltif olunacaqlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: