“Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib - FOTOLAR

A- A A+

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Huawei” şirkəti tərəfindən Naxçıvan Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya Sahəsinə dair Təlim” mövzusunda seminar keçirilib. Seminarda Nazirliyin mütəxəssisləri, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.

“Huawei-Azərbaycan” MMC-nin Həllər üzrə mütəxəssisi İsmayıl Quliyev Giriş avadanlıqları və GPON texnologiyası ilə bağlı iştirakçılara geniş mühazirə oxuyub.

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: