Çinin Azərbaycandakı səfiri tələbələrlə görüşüb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Quo Min Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru Saleh Məhərrəmov qonağı universitetdə görməkdən məmnunluğunu bildirib.

Çinin tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən videoçarx nümayiş olunub. Sonra səfir Azərbaycan-Çin əlaqələrinə dair mühazirə deyib. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iki ölkə arasında ikitərəfli münasibətlər daha da möhkəmlənib, əlaqələrimiz uğurla inkişaf edib. Son 20 ildə Çin Xalq Respublikası ilə Azərbaycan arasında da siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, kənd təsərrüfatı, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri də yüksək səviyyədə formalaşıb. Səfir Çin şirkəti olan “Huawei” şirkəti ilə də qarşılıqlı əlaqələrə toxunub. Şirkətin fəaliyyətinin hələ yenicə yarandığı dövrlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun etimadını qazandıqları üçün minnətdar olduğunu ifadə edib. Diplomat tələbələrin suallarını cavablandırıb.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: