Məktəbdənkənar müəssisədə maarifləndirici tədbir olub

A- A A+

Fövqəlаdə Hаllаr Nаzirliyininmətbuаt хidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirliyin əməkdaşları və H.Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin heyətinin iştirakı ilə “Payız-qış mövsümündə obyektlərdə təhlükəsizlik tədbirlərinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə məqsədi H.Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinə qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat verilib.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılıb, mövzulara aid slayd və videolar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: