Naxçıvan Müəllimlər İnstitutunda seminar keçirilib

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun  mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, İnstitutda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının və ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir qrupunun iştirakı ilə “ Şagirdlərdə orfoepik normaların pozulması hallarına qarşı işin sistemi” mövzusunda növbəti seminar keçirilib.

Seminarda İnstitutun prorektoru Azad Novruzov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən Təhsil Müşavirəsində Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin üzərinə bir sıra vəzifələr qoyulub. İnstitutla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi, ixtisasartırma və təkmilləşdirmə məsələlərinə diqqətin artırılması da bu vəzifələrdən biridir.

Professor Akif  İmanlı, professor Yusif Səfərov, dosent Arif Ağalarov müxtəlif mövzularda  çıxış ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: