Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi elan edilir

A- A A+

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NUHÇIXAN-a bildiriblər ki, nazirlik və şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq 17 müxtəlif mövzu üzrə layihələri qəbul edir. Müsabiqə ilə əlaqədar 2019-cu il noyabrın 25-də saat 15:00-da Aqrar Tədqiqatlar Mərkəzinin inzibati binasında (Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 92, Fransa-Azərbaycan İnstitutu ilə üzbəüz) mətbuat konfransı keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: