Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunan “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafının prioritet istiqamətləri” mövzusunda, Naxçıvan Dövlət Universitetinin professoru Nazim Əhmədov “90-cı illərin ortalarında ölkədə makro-iqtisadi sabitliyin əldə olunması və Naxçıvan sənayesində yeni inkişaf mərhələsinin başlanması” və Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri Akif İmanlı “Muxtariyyət tarixi fonunda elmi-pedaqoji düşüncələr” mövzusunda çıxış ediblər. Məruzəçilər muxtariyyət dövründə Naxçıvan iqtisadiyyatı və onun inkişaf istiqamətləri,  təlim-tərbiyə prosesində millət, vətən, xalq məfhumları, onların gənc nəslə öyrədilməsi,  təbliği məsələləri ilə bağlı fikirlərini bölüşüblər.

Sonda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Türk qapısına gedən yol və Naxçıvanın muxtariyyət statusu” mövzusunda məruzə ilə çıxış edib. Mustafa Kamal Atatürkün “Naxçıvan türkün qapısıdır” fikrini diqqətə çatdıran alimin Naxçıvanın coğrafi mövqeyi, onun imperialist dövlətlərin geosiyasi maraqlarında yeri, ermənilərin Naxçıvanda törətdiyi qırğınlar və Naxçıvan əhalisinin onlara qarşı mübarizəsi ilə bağlı məruzəsi dinlənilib.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: