Aşağı Daşarx kəndində vətəndaşlara səyyar xidmətləri göstərilib 

A- A A+

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi davam etdirilir. 

Komitənin səyyar xidmət qrupu Şərur rayonunun Aşağı Daşarx kəndində olub. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,  xidmət göstərilən kəndlə yanaşı ətraf yaşayış məntəqələrindən də səyyar xidmət qrupuna müraciətlərə baxılıb. Daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı üçün 14, məhdudiyyət və yüklülüyə dair arayışın verilməsi üçün 3, ümumilikdə 17 vətəndaşın ərizəsi qəbul olunaraq məlumat bazası ilə dəqiqləşdirilib. Müraciətlərlə əlaqədar qəbul edilmiş sənədlər Komitənin Şərur Rayon İdarəsi tərəfindən elektron sistemə daxil edilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: