Müasir cərrahiyyənin aktual məsələləri müzakirə edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika xəstəxanasında “Müasir cərrahiyənin aktual məsələləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Laparoskopiya cərrahiyə əməliyyatının tətbiqi və onun üstünlüklərindən söhbət açılan konfransda xəstəxananın baş həkimi Zəbur Bağırov səhiyyənin maddi texniki bazasından, bu  sahəyə göstərilən dövlət qayğısından söhbət açıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 229 tibb müəssisəsi fəaliyyət göstərir. Onların  əksəriyyəti ən yeni tibbi avadanlıqlarla təchiz olunub. Buna müvafiq olaraq kadr hazırlığı da hər zaman diqqət mərkəzində saxlanılıb. Həkimlərimiz mütəmadi olaraq Türkiyədə, İran İslam Respublikasında, Bakı şəhərində və digər inkişaf etmiş ölkələrdə kurslarda, konfranslarda, trenninqlərdə iştirak edirlər. Bu kadrların hazırlanmasının məntiqi nəticəsi olaraq artıq muxtar respublikada tibbin müxtəlif sahələrində xeyli inkişaf var. Yeni metodlar səmərəli şəkildə  tətbiq olunur, tibbin son nailiyyətləri uğurla həyata keçirilir. Laparoskopiya cərrahiyə əməliyyatının tətbiqi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Xəstəxananın cərrahiyyə şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru Cəbi İsmayılov “Laparoskopik cərrahiyyənin inkişaf tarixi” mövzusunda çıxış edib. Laparoskopiyanın üstünlüklərini slaydlar vasitəsilə   konfrans iştirakşılarının diqqətinə çatdırıb.

Sonra xəstəxananın cərrahiyyə şöbəsinin həkim-rezidenti Həbib Məmmədov “Əl yardımlı laparoskopiya” mövzusunda çıxış edərək bildirib ki, bu metod Naxçıvan Muxtar Respublikasında ilk dəfə xəstəxananın cərrahiyyə şöbəsinin həkimləri tərəfindən uğurla tətbiq olunub. O, metodun üstünlüklərindən bəhs edib, faydalı tərəflərindən danışıb. Bildirib ki, əməliyyat zamanı toxumalar zədələnmir, qısa müddətdə sağalma baş verir, qarın boşluğunda yad cisimlər qalmır və əməliyyata sərf olunan xərclər on dəfəyə qədər azalır. “Əl portu” vasitəsilə icra edilən  əməliyyatın video süjetini, foto şəkillərini slaydlarla konfrans iştirakçılarına çatdırıb.  

Konfransın sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. 


Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: