Sosial sığorta əmək pensiyasının əsaslı təminatıdır

A- A A+

Naxçıvan  Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Fondun Naxçıvan şəhər şöbəsi tərəfindən Əliabad qəsəbə inzabati ərazi dairəsi üzrə nümayəndəliyinin iclas zalında sığotraolunanların iştirakı ilə maarifləndirici tədbir keçirilib.

“Sosial sığorta əmək pensiyasının əsaslı təminatıdır” mövzusunda keçirilən maarifləndirici tədbirdə sığorta-pensiya sisteminin xüsusiyyətləri, sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyəti ilə bağlı tədbir iştirakçılarına  geniş məlumat verilib. 

Məcburi dövlət sosial sığortanın əhəmiyyəti vurğulanıb.

Tədbirdə yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: