Payızlıq taxıl səpini davam edir

A- A A+

Şahbuz rayonunda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Hazırda rayonda payızlıq taxıl səpini uğurla davam etdirilir. Şırım üsulundan istifadə edilməsi məhsuldarlığın artırılmasında, torpaqların şoranlaşmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilib, şoranlaşmanın və eroziyanın qarşısı alınıb. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon Bazasının texnikaları cəlb olunub. Rayonun Keçili kəndində səpin başa çatıb. Qeyd edək ki, kənddə 55 hektar sahədə səpin aparılıb. Digər kəndlərdə isə səpin davam edir. Ümumilikdə, bu günə qədər 836 hektar sahədə səpin aparılıb. Bunun da 830 hektarını buğda, 6 hektarını arpa sahələri təşkil edir. 7 hektar sahədə isə suvarma aparılıb.

                                                                                                                  “Oğuz səsi” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: