Bağçada payıza həsr olunmuş tədbir keçirilib

A- A A+

Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında “Xoş gəlmisən, qızıl payız!” adlı tədbir keçirilib. Tədbirin aparıcıları ilin fəsilləri arasında özünəməxsus yeri olan payızın gözəlliklərini, bolluq, bərəkət fəsli olduğunu diqqətə çatdırıb, sonra səhnənı balacalara veriblər.

“Salam,  payız!” mahnısı  ilə qonaqları salamlayan balacalar daha sonra  heyva, nar, alma, armud və üzümün Payız Qızı ilə dialoqunu təqdim ediblər.

“Göbələklər”, “Əkinçilər” və “Meyvələrin bəhsi” şeirləri ilə balacalar öz bacarıqlarını nümayiş etdiriblər.

Tədbirin sonunda iştirakçılar azyaşlıların ifasında  “Payızın tərifi” mahnısını dinləyiblər.

                                                 Aydan Yunisqızı

                                             “Nuh yurdu” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: