Fiziki imkanı məhdud vətəndaşa şəxsiyyət vəsiqəsi verilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda fiziki imkanları məhdud şəxslər evlərində yeni nəsil şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportu ilə təmin edilirlər. Bu işləri Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı və Miqrasiya Şöbəsi həyata keçirir.
Qeyd edək ki, şöbənin əməkdaşları bu kateqoriyadan olan şəxslərin pasport qeydiyyatı və miqrasiya şöbəsinə müraciəti əsasında vətəndaşların evlərində olurlar.
Növbəti dəfə Ordubad rayonunun Başkənd yaşayış məntəqəsində fiziki imkanı məhdud Qafur Quluzadəyə xidmət göstərilib.
Novruz Məmmədov