Naxçıvanlı sahibkarlar “X Rusiya-Azərbaycan Regionlararası Forumu” da iştirak edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə noyabrın 22-23-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində ənənəvi “X Rusiya-Azərbaycan Regionlararası Forumu” keçirilib.

Forumda hər iki ölkənin dövlət təşkilatlarının rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Noyabrın 23-də forum işini Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirib. Həmin gün, həmçinin "Azərbaycan" pavilyonunun açılışı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev,  sahibkarlıq subyektlərindən isə “Dizayn Holding” Kommersiya Şirkətlər İttifaqının, “Cahan Holding” Kommersiya Şirkətlər İttifaqının, “Danyeri dondurmaları” müəssisəsinin, “Dekor Qrup” MMC-nin nümayəndələri də iştirak  edib.

Muxtar respublikadan olan nümayəndə heyəti forum çərçivəsində keçirilmiş müxtəlif tədbirlərdə iştirak edib, yerli və xarici tərəfdaşlarla müzakirələr aparılıb.

Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa dair yeddi sənəd imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: