AMEA Naxçıvan Bölməsində hesabat yığıncağı keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun 2019-cu il ərzində elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu fəaliyyətini qarşıya qoyulan vəzifələrə uyğun həyata keçirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli bildirib ki, İnstitut əməkdaşları il ərzində 8 iş üzrə 17 mərhələdə elmi-təd­qiqat işləri aparıblar. Əməkdаşlаrın 7 monoqrafiya, 1 kitabça, 121 elmi məqalə, 43 konfrans materialı, 1 tezis olmaqla ümumilikdə 173 еlmi əsəri və 37 qəzеt məqаləsi işıq üzü görüb. Məqalələrdən 31-i xaricdə olmaqla 96-sı beynəlxalq kodlu jurnallarda çap olunub, əməkdaşların elmi əsərlərinə 250 istinad qeydə alınıb.

İnstitut əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2018-2022-ci illərdə Naxçı­van Muxtar Res­publikasında turizmin inki­şafına dair Dövlət Proqramı”nın təsdiq edil­məsi haqqında”, “Nax­çı­van Muxtar Respubli­ka­sında xalça sənətinin qorunmasına və inkişaf etdirilmə­sinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edil­məsi haqqında” Sə­rəncamlarına əsasən tədqiqatlar aparıb, araşdırmaların nəticələri ilə bağlı kitab, monoqrafiya, müxtəlif nüfuzlu jurnal­larda el­mi məqalələr, o cümlədən mətbuatda yazılar çap ediblər.

Hesabat dövründə İnstitut əməkdaşları bir sıra beynəlxalq konfrans, simpozium, forum və respublika konfransında iştirak ediblər.

İnstitutda “Ta­ri­xi abidələrimizi tanı­yaq və tanıdaq” layihəsi çərçivəsində hami­liyə götürülmüş Nax­çı­van Döv­lət Universitetinin “Tarix” ixtisasında təhsil alan tələbə­lərin iştirakı ilə tarixi­mizin ak­tual problemləri ilə əlaqədar diskussiyalar təşkil edilib, açıq dərslər keçirilib, tələbələrə təd­qiqatların metodolo­giya­sı öyrədilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: