Pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi pensiyaçıların ürəyincədir

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon şöbəsi tərəfindən Tənənəm kəndində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib.

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə tədbirdə qeyd edilib ki, rayonun kəndlərində yaşayan pensiyaçıların rahat şəkildə pensiyalarını əldə etməsi üçün müvafiq işlər görülüb. Poçt bölmələrinin bu xidmətə cəlb edilməsi də bu addımların bir nümunəsidir. Tədbirdə o da vurğulanıb ki, indi kəndlərdəki poçt bölmələri ən müasir tələblərə uyğun fəaliyyət göstərir. Ona görə də pensiyaçılar müavinətlərini vaxtında və uzaq məsafələr qət etmədən alırlar. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: