Ötən ay yerli hava xətti ilə 19 min 623 sərnişin daşınıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsiz təşkili məqsədilə mütəmadi tədbirlər görülür. Oktyabr ayında da bu məsələ diqqət mərkəzində saxlanılıb, əhaliyə nümunəvi xidmət göstərilib.

Ötən dövrdə hava gəmilərinə müntəzəm texniki qulluq edilib, elektrik və işıq təchizatı sahəsində cari təmir işləri aparılıb, dizel generatorlarına, uçuş-enmə zolağında işıq, siqnal sistemlərinə texniki xidmət göstərilmiş, güc transformatorlarının çıxış cərəyanları yoxlanılıb. Hava limanının bazasında olan maşın-mexanizmlərin normal istismarına da diqqət göstərilib, xidməti avtomobillərin və digər texnikaların təmirə ehtiyacı olan hissələri yenisi ilə əvəz edilib.

Payız-qış mövsümündə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri tədbirlər yerinə yetirilib, təhlükəsizliyin təmin olunması üçün texniki işçilərlə məşğələ keçirilmiş və normativlər qəbul edilib. Sərnişinlərin aeroporta daxil olduğu, təyyarəyə buraxılış və yük bölmələrində yerləşən monitorlara, metalaxtaranlara baxış keçirilmiş, postlarda yoxlama aparılıb. Aviasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təhlükəsizlik personalı tərəfindən qadağan olunmuş əşyalar aşkar edilmiş və aidiyyəti üzrə təhvil verilib.

Ötən ay bütün reyslər vaxtında qarşılanıb və yola salınıb, yerli hava xətti ilə 19 min 623, beynəlxalq hava xətti ilə Naxçıvan-Moskva reysi üzrə 281, Naxçıvan-İstanbul reysi ilə 413 sərnişin daşınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: