“Naxçıvan” Universitetinin əməkdaşı "StartupFest 2019" festivalında iştirak edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-dən 26-dək Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunub.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Festivalda “Naxçıvan” Universitetini Riyaziyyat və informatika kafedrasının müəllimi Şamil Hümbətov təmsil edib.

Qeyd edək ki, beynəlxalq tədbir çərçivəsində "StartupFest 2019"a "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri keçirilib.

Festivalın əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: