Tələbələr Naxçıvanın turizm potensialı ilə tanış olublar

A- A A+

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları”mövzusunda seminar keçirilib.

Departamentdən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə qeyd olunubki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır.

 Turizm məhsulu satışının təşkilində turist marşrutlarının mühüm əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən qədim diyarımızın turizm potensialının təbliği ilə bağlı reklam-informasiya materialları hazırlanır. Ötən dövrdə muxtar respublikamızın turizm potensialını özündə əks etdirən çox saylı təbliğat materialları işıq üzü görüb. Marşrutları özündə əks etdirən bukletlər, Naxçıvan Muxtar Respublikasının və Naxçıvan şəhərinin turist xəritələri kimi reklam-informasiya materialları ölkə və beynəlxalq miqyaslı tədbirlərdə nümayiş olunur. Bu materiallar muxtar respublikamıza səfər edən əcnəbi qonaqlara da təqdim olunur və qədim diyarımızın turizm potensialını onlara tanıdır.

Sonra Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən marşrutların  hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat verilib, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: