Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları qorunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti”nə dair tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov bildiriblər ki, bu cür tədbirlərin təşkili muxtar respublikamızda təhsil alan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, öz hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir.

Bildirilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi, iqtisadi maraqların qorunması, miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi daim diqqət mərkəzində saxlanılan prioritet məsələdir. Muxtar respublikanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin də sayının artması bunun əyani sübutudur.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə, dövlət rüsumu ödənən zaman tələbələr üçün güzəştlərin olduğu diqqətə çatdırılıb. Dövlət rüsumunun bu cür müəyyənləşdirilməsi ölkəmizdə əcnəbi tələbələrə  göstərilən diqqətin növbəti göstəricisi və nümunəsidir.

Sonra əcnəbi tələbələrə Xidmət tərəfindən hazırlanan bukletlər təqdim olunub. Bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına imkan yaradır.

Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə suallar ətraflı cavablandırılıb və müvafiq müraciətlər qəbul olunub.

Sonda əcnəbi tələbələrin Dövlət Tarix Muzeyinə ekskursiyası təşkil olunub.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: