Dövlət sosial sığorta sistemində fərdi uçotun əhəmiyyəti vətəndaşlara izah edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Babək rayon şöbəsi tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçotun rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fondun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə tədbirdə dövlət sosial sığorta sistemində fərdi uçotun təşkilinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki,  “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fərdi uçot sistemi pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Sığortaolunanlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqları isə şöbə tərəfindən həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir.

Sonda sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: