NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dünən imzaladığı sərəncamla əməkdar jurnalist Mətanət Məmmədova Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin rəsmi orqanı olan “Şərq Qapısı” qəzetinin baş redaktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun noyabrın 26-da imzaladığı digər bir Fərmanla həmin vəzifədə çalışan Rauf Əliyev (Kəngərli) Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasının sədri təyin edilib.
Bir-birindən maraqlı kitabların, publisistik və analitik məqalələrin, oçerklərin müəllifi olan M.Məmmədova buna qədər həmin qəzetdə müxbir və NUHÇIXAN İnformasiya Agentliyində köşə yazarı kimi fəaliyyət göstərirdi.
Şahbuz rayonunda anadan olan M.Məmmədova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur.