Nağdsız ödənişin üstünlükləri diqqətə çatdırılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunun Nehrəm kəndində və Şahbuz rayonunun Külüs kəndində xidmət mərkəzlərində fəaliyyət göstərən sahibkarların və kənd sakinlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.

Hər iki görüşdə vətəndaşların diqqətinə çatdırılıb ki, muxtar respublikada əmək haqqı, təqaüd və digər ödəmələr plastik kartlar vasitəsi ilə nağdsız qaydada həyata keçirilir. Artıq hər kəs ödənişini, vergi və kommunal xərclərinin kartları ilə post şöbələrində quraşdırılmış POS-terminal aparatları, həmçinin internet və digər ödəniş vasitələrindən istifadə etməklə nağdsız qaydada yerinə yetirə bilər.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və cari ildə keçirilməsi nəzərdə tutulan “Nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin bukletləri paylanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: