Qeyri-hökumət təşkilatlarının nümayəndələri maarifləndirilib

A- A A+

Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Qeyri-hökumət təşkilatlarının fəaliyyəti, ianə və qrantlarla bağlı qanunvericiliyin tələbləri ” mövzusunda seminar keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, seminarda qeyri-hökumət təşkilatlarının fəaliyyəti, onların maliyyə mənbələri, ianə və yardımlar haqqında qanunvericilikdə nəzərdə tutulan  məqamlarla bağlı  məlumat verilib.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: