Sağlamlıq imkanları məhdud şəxslərdən əsgərlərə hədiyyə - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hərbi hissəyə isti qış geyimləri verilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, məhdud fiziki imkanlı şəxslər 1500 cüt yun corab və 200 yun şarf toxuyublar və bu geyimlər əsgərlərimizə hədiyyə olunur.
Qeyd olunub ki, əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi xalq-ordu birliyinin təcəssümüdür. Digər tərəfdən bu kimi tədbirlər həm də məhdud fiziki imkanlı şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına müsbət təsir göstərir.
Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda gətirilən yun corab və şarflar hərbi hissə və zastavalara təhvil verilib.
Nurlan Sadiqov