“Sabahın tədqiqatçıları” layihəsinə başlandı

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən hazırlanan “Sabahın tədqiqatçıları” layihəsinin təqdimatı olub.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

“Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumitəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidirdeyən  Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görüləcək işlərdən danışıb

Nazir bildirib ki, bölmənin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürəcək və onlarla birgə müəyyən edilən istiqamətlərdə fərdi və ya kollektiv şəkildə tədqiqatlar aparacaqlar.

“Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 50 şagird 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar ki, bu da şagirdlərin müstəqil axtarışlara cəlb edilməsinə, onlarda tədqiqatçılıq qabiliyyətinin düzgün formalaşmasına və inkişafına bir töhfə olacaq.

Təqdimatda Təbii Ehtiyatlar İnstitutunun direktoru Tofiq Əliyevin, Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərovun, Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri Günel Məmmədovanın çıxışları dinlənilib.

Layihədə iştirak edəcək şagirdlər tədqiqat aparılacaq laboratoriyalarla tanış olublar. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin alimləri ilə elmi himayəyə götürülən şagirdlərin ilk məşğələsi keçirilib.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: