Türkiyəli cərrah Naxçıvan Dövlət Universitetində olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Türkiyənin Malatya şəhərindən İnönü Universiteti Tibb fakültəsinin professoru, Turqut Özal Tibb Mərkəzinin cərrahı, Cengiz Ara Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ustad dərslərinin keçirilməsi məqsədilə universitetə dəvət edilib. Noyabr ayının 25-dən etibarən universitetdə olan cərrah Müalicə işi, Tibbi profilaktika ixtisasının tələbələrinə hər gün iki dərs olmaqla 5 gün mühazirə deyib.
Mühazirənin ilk günündə cərrah kəskin ağrılarla müşayiət edilən appendisit, bağırsaq ağrılarından danışıb.Mədəaltı vəzi, öd kisəsinin iltihabi xəstəliklərindən tələbələr mühazirənin II günündə məlumat alıblar. Cərrah xoş və bədxassəli şişlərdən, döş vəzi, yoğun və düz bağırsaq xərçəngindən ətraflı məlumat verib. Mühazirənin sonuncu günündə yüksək qan təzyiqi, onu yaradan səbəblər və müalicə üsulları tələbələrə izah edilib. Keçirilən mühazirələrdə slaydlardan istifadə edilməsi tələbələr üçün daha anlaşıqlı və yaddaqalan olub.
Səadət Əliyeva