Sosial sığorta şəhadətnaməsi hər bir vətəndaş üçün vacibdir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsi tərəfindən fərdi uçotun təşkili sahəsində maarifləndirici tədbir keçirilib. Məqsəd rayonda bütün sığorta olunanların fərdi uçotunun aparılması və sosial sığorta şəhadətnaməsi ilə təmin edilməsidir. Bununla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Sonda yeni əmək fəaliyyətinə başlayan sığortaolunanlara sosial sığorta şəhadətnaməsi təqdim edilib.