Avtomobiliniz qışa hazırdımı...

A- A A+

Soyuq və qarlı havaların daha çox avtomobil sürücüləri üçün problemlər doğurduğu hamıya məlumdur.  Bəs avtomobillər qış fəslinə hazırlanarkən hansı texniki tələblərə əməl edilməlidir? 

Soyuq havalarda akkumulyatorlar daha çox enerji sərf etdiyindən onlara diqqət artırılmalıdır. Əgər doldurulması mümkün olan akkumulyatorlardan istifadə olunarsa, onu zamanında doldurmaq lazımdır.

Silgəclərin şüşə ilə təmasda olan hissəsində çatışmazlıqlar varsa, yenisi ilə əvəz edilməlidir.Soyuq havalarda avtomobilin silgəcindən istifadə etməzdən əvvəl onun şüşə ilə təmasda olan hissəsinin donmadığından əmin olmaq lazımdır. 

Arxa şüşənin və güzgülərin qızdırılma qabiliyyəti yoxlanılmalıdır. O cümlədən, bütün elektrik qızdırıcı cihazlarının nasazlığına nəzarət edilməlidir. 

Sürücü avtomobildə duman faralarının saz vəziyyətdə olmasına nəzarət etməlidir. Soyuq havalarda donmanın qarşısını almaq üçün mütləq antifrizdən istifadə olunmalıdır. Suyun tərkibinə qatılacaq antifrizin miqdarını temperatura uyğun müəyyənləşdirmək olar. 

Avtomobillərin əyləc sisteminə texniki baxış keçirməli, xüsusən dördçarxlı avtomobillərin bu hissəsinin qış rejiminə hazırlığı yoxlanılmalıdır.  Avtomobillərinizin təkərlərini qış rejiminə uyğunlaşdırsanız heç vaxt yolda qalmazsınız. Qış fəslində bütün avtomobillərdə təkərlər üçün ən azı iki, dördçarxlı avtomobillərdə isə dörd ədəd zəncirin saxlanılması məsləhət görülür.    

Yolunuz açıq olsun... 

              Ədalət Şükürov 
Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşı
                                                                  “Oğus səsi”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: