Kəngərli rayonunda  taxıl əkini davam edir

A- A A+

Kəngərli rayonun torpaq mülkiyyətçiləri əkinçiliyin inkişafı üçün əllərindən gələni edirlər. Onlar  öhdələrində olan torpaq sahələrindən daha çox məhsul götürmək üçün aqrotexniki tədbirlərə üstünlük verirlər.

Bu gün də rayonda payızlıq taxıl əkini davam edir. Taxılçılar çalışırlar ki, əkini nəzərdə tutulmuş müddətdə başa çatdırsınlar. Bunun üçün bütün imkanlardan istifadə olunur. İndiyədək 4 min 830 hektar sahədə şum edilib, bunun 4 min 780 hektarına toxum səpilərək suvarılıb.

Qeyd edək ki, Kəngərli rayonun bütün kəndlərində taxıl əkin sürətlə davam edir. Rayon İcra Hakimiyyətində yaradılmış qərargahın üzvləri və mütəxəssislər şumun dərinliyinə, sahələrin malalanmasına, səpinə, toxumun təmizliyinə və dərmanlanmasına daimi nəzarət edirlər.

 

“Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: