Ordubad rayonunun 3.1 hektar meşə sahəsində bərpa işləri aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Ordubad rayonundakı Bist və Ələhi meşələrində toxumla bərpa işləri aparılıb.
Əkində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının, hidrometrologiya, meşəsalma, meşəbərkitmə idarəsinin əmakdaşları iştirak edib.
Ordubad rayonunun Bist, Ələhi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, məktəblərin kollektivləri və kənd sakinləri də bu aksiyaya qoşulublar.
İştirakçılar Bist və Ələhi meşələrinin tala hissələrinə cəviz, alça, badamça, palıd, həmərsün və yemişan toxumları əkiblər. Gün ərzində 3.1 hektar meşə sahəsində bərpa işləri aparılıb.
Novruz Məmmədov