Babək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunda keçirilən festivala 98 ailə təsərrüfatçısı tərəfindən 167 çeşiddə məhsul çıxarılıb. Həmin məhsulların 4 minə yaxını qablaşdırılmış formada olub. Bölgədə yetişdirilən dadlı-tamlı meyvələrdən, tərəvəzlərdən hazırlanan mürəbbələr, kompotlar, turşular, tutdan hazırlanan doşab, qurudulmuş meyvələr, müxtəlif meyvələrdən çəkilən araqlar, şirələr, dağlarda bitən bitkilər festivala gələnlərin marağını çəkib.
Rayonun Qahab kəndində hazırlanan fermer təsərrüfatı məhsulları-qatıq, süd, dovğa, şor, kərə həmçinin qovurmalar, xüsusilə Nehrəm kəndinin qatığı festivalda iştirakçıların ən çox aldığı məhsullar sırasında olub.
Babək Rayon Mədəniyyət Sarayının “Zabul” instrumental ansamblının müşayiəti ilə bir birindən maraqlı rəqs və musiqi nömrələri, həmçinin sazçalanlar ansamblının ifaları festivalı maraqlı edib.
Nurlan Sadiqov