Naxçıvan Teleradiosunun əməkdaşları Muxtar Məmmədovu təbrik ediblər

A- A A+

Bu gün “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədovun 60 illik yubileyidir.

NUHÇIXAN xəbər verir ki, Muxtar Məmmədov 1959-cu ildə Ordubad rayonunun Aza kəndində doğulub. Uzun illər kənd məktəbində müəllim işləyən qələm sahibi 18 ildir ki, öz ömrünü media ilə bağlayıb. Bir-birindən maraqlı oçerk, məqalə, müsahibə, reportaj, esselərin, 2 kitabın müəllifi olan  Muxtar Məmmədov gənc jurnalist kadrların hazırlanmasında da yaxından iştirak edib.

Bu sahədəki səmərəli faəliyyətinə görə 2015-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. “Şərq qapısı” qəzetinin 90 illik yubiley tədbirləri çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ona Naxçıvan şəhərində yeni mənzil hədiyyə edib.

Bu gün Muxtar Məmmədovu təbrik edənlər sırasında Naxçıvan teleradiosunun əməkdaşları da olub. Kollektiv üzvləri öz jurnalist həmkarlarına yeni yaradıcılıq uğurları və can sağlığı arzulayıb, xatirə hədiyyələri təqdim ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: