Əsgərin zəfəri "Nuhçıxan"ın uğuru

A- A A+

Bir neçə gün öncə Naxçıvandan Azərbaycan ordusunun möhtəşəm zəfəri ilə bağlı xəbəri Azərbaycana yenicə fəaliyyətə başlayan "Nuhçıxan" İnformasiya Agentliyi duyurdu. Bu informasiya agentliyi üçün tarixə düşəcək bir uğurlu xəbərdi.

Azərbaycan düşmənə qarşı müharibədə təkcə silahla deyil, eyni zamanda informasiya müharibəsi də aparır. Bu gün Azərbaycan mediasının düşmənin informasiya cəbhəsində də qələbə əldə etməsi, düşmən tərəfdə psixoloji gərginlik yaratmaqda üstünlüyü danılmazdır və milli və dövlət maraqlarımızın qorunmasında medianın üzərinə götürdüyü mənəvi borc təqdirə layiq hesab edilməlidir.

İllərdir işğalçı Ermənistan tərəfindən blokada şəraitində olan Naxçıvanın həyata keçirilən uğurlu siyasət sayəsində düşmənin psixoloji durumunu zərbə altında qoyan bir İnformasiya Agentliyinə sahib olması doğurdan da bir uğurlu siyasətin nəticəsidir.

11 min hektar ərazinin Azərbaycan ordusunun nəzarətinə keçməsi qədər gözəl bir xəbər ola bilərmi?

Naxçıvandakı ordumuzun bu təkcə ilk uğuru deyil. 2016-cı ildə Sədərək istiqamətində 7 min hektar ərazini nəzarətini də qeyd edəsi olsaq, o zaman üst-üstə 18 min hektar ərazi ordumuzun nəzarətindədir.

Azərbaycan ordusunun bu uğurunun daha yüksək səciyələndirilməsinin başqa bir üstünlüyü ondadır ki, əməliyyat məhz illərdir blokada olan Naxçıvan istiqamətindən həyata keçirildi.Düşmənə anlatıldı ki, Naxçıvan blokadada olsa belə Naxçıvanın müdafiəsinin şah damarı olan Azərbaycan ordusu Sədərəkdən girib, İrəvanı başınıza uçurub deyə-gülə Xankəndinə girər. Şuşada Azərbaycanın üç rəngli bayrağını dalğalandıracaq gücündə olan bir ordudur.

Bir əsgərin burnu qanamadan 11 min hektar ərazi və üstə gəl neçə-neçə strateji əhəmiyyətli yüksəklik. Bu hərbi tariximizə qızıl hərflərlə yazılan bir uğur oldu. İnşallah ardı da olar.

Bu gün bəzi ağzıgöyçəklər sosial şəbəkələrdə yazırlar ki, niyə Günnüt kəndinin içərisindən video və ya fotolar paylaşılmır. Bunlar anlamır ki,düşmən bu kəndi başdan başa mina ilə əhatə edib. Bu səbəbdən də kəndin içərisindən fotolar yayılmır.İkincisi də Günnüt kəndindən əsər-əlamət qalmayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərişi ilə kəndə gedən yolların bərpasına start verilib. Əldə etdiyim məlumata görə ANAMA Günnütü minalardan təmizləmək üçün muxtar respublikaya təcrübəli qrup göndərəcək.

Bundan başqa Günnütün yenidən qurulması ilə bağlı proqramda hazırlanır.

Əhalinin yenidən Günnütə qayıdıb normal yaşaması üçün bütün şərait yaradılacaq.

Yaxın zamanda minalardan təmizlənən kənddə Cocuq Mərcanlıda olduğu kimi yaşayış evləri tikilər onda görərsiniz Günnüt bizdədi ya- yox.

Əsas əsgərimizin uğuru idi və bu uğur Azərbaycana xalqını sevincə boğdu. İnşallah "Nuhçıxan" əsgərimizin daha yeni uğurları ilə bizi sevindirər.

 

Nahid Canbaxışlı

 Qarabağ Qazisi
Vətəninfo.az İnformasiya Agentliyinin
Baş redaktoru
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: